İlin ilk “Açıq mikrofon” aksiyası Qax rayonunda keçirildi - FOTO 

İlin ilk “Açıq mikrofon” aksiyası Qax rayonunda keçirildi - FOTO 
 

SOCAR-ın “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı”nın növbəti ünvanı Qax rayonu olub.

"Paralel.az" xəbər verir ki, ilin ilk aksiyasında cəmi 3 nəfər mikrofon önünə çıxsa da, ünvanlanan müraciətlərdən biri bir kəndin sakinləri adından səsləndirilib. Qum kəndinin qazlaşdırılmasını xahiş edən sakin isə Vüsal Nurməmmədov olub.
Digər 2 sakin isə nasaz qaz sayğaclarının yenisi ilə əvəzlənməsini istəyib. Zaqatala RQİİ-nin rəhbər şəxsləri müraciətlər barədə qeydiyyat apardıqdan sonra müvafiq göstərişlər veriblər.

0.028680086135864