“Qalatasaray” bu mövsüm evdə xal itirməyən yeganə komandadır

“Qalatasaray” bu mövsüm evdə xal itirməyən yeganə komandadır
 

"Qalatasaray" Türkiyə Superliqasında bu mövsüm doğma meydanda xal itirməyən yeganə komandadır.

Paralel.az xəbər verir ki, İstanbul təmsilçisi “RAMS Park”da keçirdiyi 9 oyunun hamısında meydanı 3 xalla tərk edib.

“Sarı-qırmızılılar” uğurlu seriyanı XIX tur çərçivəsində ötən gün “Konyaspor”a 3:0 hesabı ilə qalib gəldikləri matçda da davam etdiriblər.

Qeyd edək ki, “Qalatasaray” hazırda 47 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Cim-Bom” lider “Fənərbağça” ilə eyni xala malik olsa da, qol nisbətinə görə əzəli rəqibindən geri qalır.

0.029391050338745