Şirvanda 74 yaşlı kişi qətlə yetirilib, oğlu saxlanılıb

Şirvanda 74 yaşlı kişi qətlə yetirilib, oğlu saxlanılıb
 

Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan "Report"a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.029438018798828