Pentaqon müdafiə nazirinin xəstəxanadan nə vaxt buraxılacağını bilmir

Pentaqon müdafiə nazirinin xəstəxanadan nə vaxt buraxılacağını bilmir
 

ABŞ Müdafiə Nazirliyi hələlik nazir Lloyd Ostinin xəstəxanadan nə vaxt buraxılacağını bilmir.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən müdafiə naziri Lloyd Ostin sağalıb və əhvalı yaxşıdır.
“Müdafiə idarəsinin rəisi yanvarın 5-də öz vəzifəsinin icrasına başlayıb. Onun təhlükəsiz kommunikasiya kanallarına tam çıxışı var və Müdafiə Departamentinin bütün dünya üzrə əməliyyatlarını gündəlik olaraq izləməyə davam edir.
Dünən nazir ABŞ prezidenti Co Baydenlə danışıb. Ostin həmçinin ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braunla da əlaqələr saxlayır. Hazırda xəstəxanadan dəqiq buraxılış tarixi mövcud deyil, məlumat əldə olunduqca nazirin səhhəti ilə bağlı yenilikləri təqdim etməyə davam edəcəyik”.
Bundan əvvəl “Politico” qəzeti yazıb ki, ABŞ Müdafiə Nazirliyi Ostinin harada olması barədə məlumatları üç gün ərzində Ağ Evdən gizli saxlayıb.

0.017960071563721