Səudiyyə Ərəbistanı bütün regionlarda neftin qiymətini aşağı salıb
Səudiyyə Ərəbistanının dövlət şirkəti “Saudi Aramco” tələbin azalması fonunda planetin bütün regionlarında fevral ayında tədarük etdiyi “Arab Light” markalı neftin qiymətlərini aşağı salıb.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Qeyd olunub ki, Asiya bazarlarına tədarük üçün qiymət 1,5-2 dollar/barel ucuzlaşıb.
“Saudi Aramco” həmçinin fevral ayında Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerika ölkələri üçün neft tədarükü qiymətlərini aşağı salıb.