Parisdə azərbaycanlı rəssamın əsərləri nümayiş olunur

Parisdə azərbaycanlı rəssamın əsərləri nümayiş olunur
 

Fransanın paytaxtı Parisdə Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı Adil Rüstəmovun əsərləri nümayiş olunur.

"Report"un Fransa bürosu xəbər verir ki, Xəzər Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutan "Xəzər və Normandiya arasında rəssamın baxışları" adlı sərginin açılışında fransalı incəsənət ustaları, rəsm həvəskarları və digər şəxslər iştirak ediblər.

Sərgidə rəssamın vətəni Azərbaycana və ömrünün bir hissəsini yaşadığı Fransanın Normandiya regionuna həsr etdiyi əsərləri yer alıb. Rəssamın əl işlərindəki mövzu və üslub rəngarəngliyi qonaqların böyük marağına səbəb olub.

Qeyd edək ki, A. Rüstəmov 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1975-ci ildə Rəssamlar İttifaqına üzv qəbul edilib. Dəfələrlə ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edərək bir sıra mükafatlara layiq görülüb.

Sərgi yanvarın 15-dək davam edəcək.

0.013046026229858