Bakı metrosunda ölüm hadisəsi baş verib
Bakı metrosunda ölüm hadisəsi baş verib.
"Paralel.az" xəbər verir ki, hadisə bir neçə gün əvvəl axşam saatlarında metronun İnşaatçılar stansiyasında baş verib.
Belə ki, sərnişin 1957-ci il təvəllüdlü Həqiqət Rabil oğlu Quliyevin stansiyada olarkən qəfildən halı pisləşib.
Təcili yardım gələnə qədər onun artıq dünyasını dəyişdiyi məlum olub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiq edib.
Qeyd edək ki, H.Quliyev uzun illər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində ("Xələc türməsi") zabit kimi işləyib. O, təqaüdə çıxdıqdan sonra isə bir müddət Salyan şəhərindəki "Kür" hotelinin direktoru vəzifəsində çalışıb.