Roza Zərgərli və Əkbər Əliyev bir-birlərini sevgilərini etiraf etdilər

Roza Zərgərli və Əkbər Əliyev bir-birlərini sevgilərini etiraf etdilər
 

"24 il əvvəl Roza xanımla bir-birimizi  çox sevirdik, böyük məhəbbətimiz olmuşdu. Elə indi də sevirəm, ona görə ölümə də gedərəm. Keçən il ona hər şeyi atıb Türkiyəyə getməyi, ər-arvad kimi yaşamağı təklif etdim”.

Paralel.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, bunu müğənni Əkbər Əliyev qatıldığı proqramlardan birində dilə gətirib. Proqramda iştirak edən Roza Zərgərli Əkbərin dediklərini təsdiqləyib:

"Əkbər deyirdi sənəti ataq, gedək Balidə adada yaşayaq. Keçən il də evlilik təklif edib. Mənə üzük hədiyyə etdi, mən də "hə” cavabı verdim. Amma mən hər şeyi atıb gedə bilmərəm”.

0.014894962310791