İsrail HƏMAS-la müharibədə planlarını dəyişir - KİV

İsrail HƏMAS-la müharibədə planlarını dəyişir - KİV
 

“İsrail Fələstinin “HƏMAS” hərəkatını tam olaraq məhv etmək planlarından imtina edir”.

Bu məlumatı bir neçə ekspertin qənaətinə əsasən “CNN” telekanalı yayıb. 

Ekspertlərin fikrincə, İsrail öz qüvvələrini girovların azad edilməsinə yönləndirir. 

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-si başlayıb. Ölkənin Baş naziri Benyamin Netanyahu bildirib ki, müharibə HƏMAS tam məhv edilənə qədər davam edəcək. Hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında 22 200 insan həlak olub. Hazırda HƏMAS-ın 100-dən çox insanı girov saxladığı məlumdur.

 

0.014175176620483