Dümanın şahmatdakı matından Makronun mat qoyan yarıtmaz siyasətinədək - VİDEO

Dümanın şahmatdakı matından Makronun mat qoyan yarıtmaz siyasətinədək - VİDEO
 

Fransa uzun onilliklər ərzində ATƏT-in Qarabağ məsələsinin həlli üzrə keçmiş Minsk qrupuna həmsədrlik edib.

Fransa bu istiqamətdə fəaliyyətinə 1997-ci ildə - Azərbaycan Prezidenti Heydər Əliyevə fransalı həmkarı Jak Şirak şəxsən müraciət edərək ölkəsinin həmsədrlər sırasına daxil edilməsini xahiş etdikdən sonra başlayıb.

Bu barədə “Caliber”in “YouTube” kanalında təqdim edilən videosüjetində bəhs edilir. 

“Uzun onilliklər ərzində Fransada böyük bir erməni diasporunun yaşamasına və nə o zaman, nə də indi türklərə və azərbaycanlılara elə də böyük sevgi bəsləməməsinə, hətta bu Avropa ölkəsinin siyasətinə müəyyən dərəcədə təsir göstərməsinə baxmayaraq, Qarabağ məsələsi ilə bağlı rəsmi Paris mövcud hökumət gələnə qədər ənənəvi olaraq qərəzsizliyini nümayiş etdirməyə çalışıb.

Bu vəziyyəti, eləcə də Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi ümumilikdə dünya siyasətində və xüsusilə də Avropa İttifaqının ümumi xarici siyasət xəttinin formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq, Azərbaycan rəhbərliyi o zaman bu ölkənin ATƏT formatında beynəlxalq vasitəçilər sırasına daxil edilməsinə etiraz etmədi.

Bununla belə, Heydər Əliyev sanki gələcəyi qabaqcadan görürmüş kimi, Jak Şiraka hər ehtimala qarşı öz narahatlığını bildirdi. Buna cavab olaraq Fransa prezidenti azərbaycanlı həmkarını əmin etdi ki, rəsmi Paris özünü ölkədə yaşayan ermənilərin “zərərli təsiri”ndən uzaq tutacaq və Qarabağ münaqişəsinin həlli məsələsində vasitəçi kimi öz neytral və balanslaşdırılmış mövqeyini  qoruyacaq”, - deyə materialda qeyd edilib.

Materialda, həmçinin, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın Fransadakı abidəsinin sökülməsi qərarından, fransız yazıçısı Aleksandr Dümanın ölkəmizin mədəni həyatı barədə fikirlərindən, Natəvana şahmatda uduzmasından və Fransanın hazırkı Prezidenti Emmanuel Makronun yarıtmaz siyasətindən bəhs olunur.

Daha ətraflı videosüjetdə:

 

0.015007972717285