Eyni şeyi dəfələrlə edib, fərqli nəticələr gözləməyin - Dos. İlham Əhmədov 

Eyni şeyi dəfələrlə edib, fərqli nəticələr gözləməyin - Dos. İlham Əhmədov 
 

Mətbuatda bu il qəbul imtahanlarında keçid ballarının daha da aşağı düşəcəyi barədə proqnozlar var. Təhsil eksperti Vüsal Kərimlinin verdiyi bu proqnoz yüksək ehtimallıdır. Biz keçən il belə bir proqnoz vermişdik: "keçid balları 2030-a qədər ilbəil enəcək, bu səbəbdən ATM-nə qəbul imtahanları ləğv edilsin."
Bu mövzuda keçən il yazdığımız məqalələrin linkini şərhdə veririk. ETN çox nahaq yerə bu məqalələri (əslində ETN üçün mühüm SYX ola bilən, təhsildəki problemlərin həlli üzrə təkliflər sistemi) diqqətlə öyrənmir, öz işində nəzərə almır. Deməli təhsil məmurlarının da "... 60 % oxuduqları mətni yaxşı anlamırlar" (E.Əmrullayev), ya da təhsildə olan çoxsaylı problemlərin həllində maraqlı deyillər. Burda A.Eynşteynin məhşur deyimi yerinə düşər: “ Eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləməyin.”
Bunun yalnız xeyri ola bilər təhsilə. Ən azından repetitorluq xeyli azalar, məktəblər nəhayət ki, məktəb olar. Repetitorluğun azalması həm də təhsildə korrupsiyanın bir az azalmasına xidmət edə bilər.
Məlim olduğu kimi "AZƏRBAYCAN 2030" Strategiyasında insan kapitalının, innovasiyaların və təhsilin inkişafına xüsusi önəm verilmişdir. Strategiyada həmçinin 2 tədqiqat universitetinin yaradılması və 3 universitetimizin yaxın 3 ildə TOP 700 -ə düşməsi hədəfləri də var. Digər məsələ isə universitetlərə qəbul planının yaxın illərdə 75.000 nəfərə çatması gözlənilir. Bizdə əhalinin hər 100000 nəfərinə düşən tələbə sayı və alıi təhsilli insanların sayı regionda ən aşağıdır. Universitetlərə qəbul planının artması bu mənada yaxşıdır. Amma məktəblərdə təhsilin durumunun çox pis halda olması, məktəbin yükünün xeyli hissəsinin repetitorların üzərinə düşməsu, bunun isə əhalinin imkansız təbəqəsi üçün bir əlçatmaz olması təhsildə keyfiyyətə, o cümlədən qəbul imtahanlarında çox az ball toplanmasına, beləliklə də ali məktəblərin də işinə problem yaranmasına səbəb olur. Axı 200-250 ball (30 % ball) toplayan məktəb məzunu ali məktəb proqramlarını necə mənimsəyə bilər? 11 il məktəbdə oxuyub 30 % ball toplayan tələbə 3 aydan sonra 5-6 fənndən necə 51% ball toplaya bilər? Biz niyə özümüzü aldadırıq? 60 % -70 % tələbələri zəif olan universitetlər sonra akkreditasiyadasn necə keçəcək? Onlar necə reytinq qazanacaqlar gələcəkdə? ETN bütün bu suallara cavab verməlidir, problemlərə aydınlıq gətirməlidir. Hesab edirəm ki, ali təhsilin kütləviləşməsinə bizim təhsil sistemi bu gün hazır deyil. Deməli "AZƏRBAYCAN 2030" Strategiyasında qəbul planının 75.000-ə çatdırılması da ETN-nin səhv qərarlar silsiləsindəndir. Bu qurumun son illər düzgün qərarlar verməsinin şahidi olmadıq heç. Bəla budur ki, nə səhvlərini görürılər, nə etiraf edirlər, nə korreksiya edirlər, nə də deyilənləri eşidirlər. Bunun ziyanını bəs kim çəkir? Təbii ki, xalq və dövlət.

"Paralel.az"

0.013015031814575