Ağaliq istəyinə görə məzlumların qanı axıb gedir.. - Rövşən Şirəliyev
Azadlığın yaratdığı ağalıq
Azadlıqdan məhrum olan xalqların coğrafiyasından qan qoxusu kəsilmir. Qəzzadan Kareyaya kimi hər yerdə ya qan var , ya qan qoxusu gəlir . Hara baxırsan rəhmətlik Mirzə Cəlil demişkən bir " ingilis barmağı " görünür. Həmən o ingilisdir ki , müsəlmanların başı " mənəm- mənəmlik " xəstəliyinə tutulanda , hərəmxana yaradanda onlar 1215 - çi ildə " Böyük Azadlıq Xartiyasini " qəbul edib demokratiyanı bir amala çevirdilər. Bu sənəd dünya tarixində , onun siyasi mənzərəsinin yaradılmasında tarixi bir rol oynadı və ən böyük nəticəsi dünyaya ingilisin ağalığı oldu .
Çox maraqlı bir paralellik yaranır . Qoca dediyimiz Şərqin həmin əsrdə dahi Nizamisi var idi .Qərbin isə Nizami səviyyəsində mütəfəkkiri yox idi o zaman . Nizami bir şərqli kimi ingilisdən də öncə azad insan , azad qadın , azad sevgi , ədalətli hökmdar , ədalətli cəmiyyət ideyalarını tərənnüm edirdi .
Nizami nə qədər dindar olsa da , ən mütərəqqi ideyalarını qədim yunan fəlsəfəsindən qaynaqlanaraq bədii dilin və filosof təfəkkürünün imkanları çərçivəsində təsvir və tərənnüm edirdi . Nizami düşüncəsinin azadlıq ölçüsü əslində dövrün hakim islam ehkamina zidd idi , Şərq buna dəyər vermədi .
Tarixin bir ironiyasidir ki , bu gün də biz Nizamını tədqiq edəndə ingilis ...alimlərinin tədqiqatlarına müraciət etməli oluruq .
Nizami Azadlığın nə olduğunu çox gözəl dərk edirdi , Qoca Şərqi isə bu azadliq yox , sərvət , qadın düzgünlüyü daha çox cəzb edirdi .
Və bu gün də alimlərimiz Nizami dühasinin zirvələrində Azadlıq həqiqətini yox , islam dəyərlərinin təcəssümünü tapmaq üçün sovet mantyorlari kimi " ayaqlarına qoxtu geyib " zirvələrə dırmaşmaqa cəhd edirlər .
İngilis öz işindədir .. Ağaliq istəyinə görə məzlumların qanı axıb gedir..
"Paralel.az"