Deputatlar müharibəyə getsin - Ukrayna ordu rəhbəri

Deputatlar müharibəyə getsin - Ukrayna ordu rəhbəri
 

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı səfərbərlik haqqında qanun layihəsinin bəzi müddəalarına qarşı kəskin çıxış edib.

Paralel.az “The New Voice of Ukraine”yə (NV) istinadən xəbər verir ki, Zalujnı hərbi səfərbərliklə bağlı qanun layihəsində  məhbusların hərbi xidmətə çağırılması qaydası ilə razılaşmayıb. 

O, ordunun məhbuslar və cinayətkarlar hesabına komplektləşdirilməsinə qarşı çıxsa da, səfərəbərliyin həyata keçirilməsinin tərəfdarıdır. 

Komandan əlavə edib ki, əgər səfərbərliyi təmin edə bilmirlərsə, o zaman özləri cəbhəyə getsin: “Məgər ordu pis insanlar üçündür? Bu belə deyil. Kimlə döyüşməliyəm? Ya dünyaya dönün və oradakı insanlardan soruşun, ya da təmin etmirsinizsə, özünüz (deputatlar nəzərdə tutulur-red.) döyüşə gedin”.

 

0.018077850341797