Argentina Folklend adalarını tələb edir

Argentina Folklend adalarını tələb edir
 

Argentina Folklend adaları məsələsinin həlli üçün Böyük Britaniyaya danışıqları bərpa etməyi təklif edib.

Bu barədə Argentina Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Argentina hökuməti və xalqı qeyri-qanuni işğalından 191 il sonra Folklend adaları, Cənubi Corciya, Cənubi Sandviç adaları və onlara bitişik dəniz əraziləri üzərində qanuni və ayrılmaz suverenlik hüquqlarını bir daha təsdiqləyir”, - bəyanatda bildirilib.

 

0.014374017715454