Putinin “sensasion bəyanatı” ilə bağlı RƏSMİ AÇIQLAMA

Putinin “sensasion bəyanatı” ilə bağlı RƏSMİ AÇIQLAMA
 

Kreml Rusiya Prezidenti Vladimir Putinin qlobal təhlükəsizliklə bağlı “sensasion bəyanat” verməyə hazırlaşdığı barədə məlumatlara aydınlıq gətirib.

RF prezidentinin sözçüsü Dmitriy Peskov bildirib ki, Putinin hər hansı məsələ ilə bağlı bəyanat verəcəyi doğru deyil və bu həqiqəti əks etdirmir:

“Bu ,yalan məlumatdır”, - deyə Peskov söyləyib.

Kreml rəsmisinin sözlərinə görə, Putinin gözlənilən bəyanatı ilə bağlı mesajlar Teleqram kanallarında yayılıb. 

Qeyd edək ki, yanvarın 2-də professor Marat Bəşirovun rəhbərlik etdiyi 213 min nəfərlik auditoriyaya malik “Politjoystik” Teleqram kanalında yaxın iki gündə Putin qlobal təhlükəsizlik məsələləri ilə bağlı sensasion bəyanatla çıxış edə biləcəyi barədə məlumat yayılıb və bu xəbər nəinki Rusiyada, o cümlədən dünyada ciddi rezonansa səbəb olub. 
RBC-nın verdiyi xəbərə görə isə bəyanatın əsasən, Ukrayna məsələsi ilə bağlı sərt və ultimatum xarakterli olacağı gözlənilir. 

0.019424200057983