Arvadını maşından endirib, küçədə soyundurdu - Azərbaycanda BİABIRÇILIQ
Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini, 1982-ci il təvəllüdlü Azər Abdullayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 29, 149.1-ci (zorlamaya cəhd etmə) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə başa çatıb.
Məhkəmə prosesində hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Məlum olub ki, 1985-ci il təvəllüdlü Xavər Niyazovanın (şərti ad-soyad) həyat yoldaşı vəfat etdikdən sonra o, 2012-2014-cü illərdə həmkəndlisi Azər Abdullayevlə qeyri-rəsmi nikah münasibətində yaşayıb. Lakin onların bir yerdə yaması uzun çəkməyib və ayrılıblar. Bundan sonra mütəmadi olaraq Azər Abdullayev qeyri-rəsmi nikahda yaşadığı qadını döydüyü, ona fiziki işgəncələr verdiyinə görə o, Xavərin şikayətləri əsasında 3 dəfə məhkumluq həyatı yaşayıb.
Sonuncu dəfə 2020-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Azər qadını güdmək və onunla haqq-hesab çəkmək qərarına gəlib.
Hadisənin baş verməsi
İttiham aktından məlum olur ki, A. Abdullayev azadlığa çıxıb kənddəki evinə qayıdandan bir müddət sonra Xavərin bacısı ilə birlikdə gecə saat 22 radələrində evdən çıxdığını görüb.
O, məhəlləyə gəlmiş "Mercedes" markalı taksinin çınqıllı yolun əsas yola birləşdiyi ərazidə sürəti azaltmasından istifadə edərək maşına yaxınlaşıb və Xavərin oturduğu tərəfdən arxa qapını açaraq onu tutub.
Qadını küçənin ortasında yumruq və təpiklə döyməyə başlayan Azər taksi sürücüsünün ona mane olmasına imkna verməyib, "Ailəmdir, uzaq dur", deyib.
Hadisə vaxtı Xavərlə birlikdə maşında olan bacısı Xumar (ad şərtidir) isə qaçaraq evdəkilərdən kömək istəməyə gedib.
Tilovları götürüb balıq tutmağa getdi
Hadisədən sonra evə gələn Azər balıq tilovlarını götürərək Kür çayının sahilinə gedib və polislərin onu axtaracağını bildiyi üçün 1sutkaya yaxın evə gəlməyib.
Hadisənin sabahı günü günortadan sonra o, evə qayıtdıqda polislər tərəfindən saxlanılıb.
Məhkəmədə ifadə verən A. Abdullayev Xavəri döysə də, onu zorlamaq fikrinin olmadığını deyib və ittihamı rədd edib.
Şahid kimi ifadə verən qonşu qadın isə Xavərin onların evinə qaçaraq və üstü-başı bulaşmış, tamamilə lüt vəziyyətdə gldiyini, Azərin də hadisə vaxtı küçədə qurşaqdan aşağı çılpaq olduğunu bildirib.
Xavərin bacısı isə gecə saat 22 radələrində kəndə çağırdıqları taksi ilə Ağstafanın Poylu kəndində yaşayan bacısıgilə getmək istədiklərini bildirib.
Məhkəmə qərar verdi
Məhkəmə qeyd edilən maddələr üzrə Azər Allahverdiyevi təqsirli bilərək onun 5 il müddətində azadlıqdan məhrum edilməsinə qərar verib.