2024-cü il ölkə təhsili üçün bir çox mühüm hadisələrin baş vermə ilidir

2024-cü il ölkə təhsili üçün bir çox mühüm hadisələrin baş vermə ilidir
 

Əlbəttə ki, ilkin proqnoz olaraq ən böyük tarixi hadisəni Qarabağ Universitetinə qəbul və universitetdə tədrisin təşkili olacaqdır. Xankəndi küçələrində Azərbaycan tələbələrini düşünmək, oradakı dərslərdən məlumat almağın düşüncəsi belə möhtəşəmdir.

2024-cü ildə nəhayət ki, "Ali təhsil haqqında qanun" qəbulun qəbul olunması gözlənilir ki, bu da çox vacib məsələdir.

2024-cü ili müəllimlərin sertifikasiya ili də hesab etmək olar. Nəzərə alsaq ki, bağça müəllimləri də bu prosesə cəlb edilir, bu il "imtahan olunan müəllimlərin" sayı və əhatəsinin genişlənməsi gözlənilir.

2024-cü ildə Ali təhsil müəssisələrinə qəbul plan yerləri əvvəlki illərlə müqayisədə artıb 60 mindən çox olacaq ki, bu da Ali təhsilin əlçatanlılığının təmin olunmasına xidmət edəcək.

Mənim 2024-cü ildən 2 mühüm qaydanın həyata keçirilməsini gözləyirəm. Onlardan biri Diplomların tanınması ilə bağlı qaydaların tətbiqidir. Belə ki, xarici ölkələrdə təhsil alan amma diplomunu müddət azlığına görə tanımayanlara Azərbaycan universitetlərində kredit tamamlama qaydasının və qismən tanınma qaydasının 4 ixtisasdan digərlərinə də tətbiq edilməsidir.

İkinci vacib hadisə, nəhayət ki, 2018-ci ildə "Təhsil Haqqında qanun"a edilən dəyişikliklərdən sonra nəhayət ki, Ali təhsil müəssisələrində "Hazırlıq qruplarının" yaradılmasıdır.

2024-cü il həm də beynəlxalq şagird qiymətləndirmə imtahanları üçün mühüm ildir. Belə ki, bu il IELS 2025-in sınaq mərhələsi, TALIS 2024-ün əsas mərhələsi, PISA 2025-in sınaq mərhələsi keçiriləcək.

Ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlində irəliləyiş əldə etməsi üçün bu il çox vacibdir. Çünki reytinq cədvəli ilə bağlı dövlət proqramında nəzərdə tutulmuş müddət azalır.

Təhsil sistemində struktur dəyişikliklərinin olacağını da 2024-cü ildə gözləmək olar. Belə ki, Bakı şəhəri Təhsil İdarəsinin əvəzinə Bakı rayonlarının birləşəcəyi 4 təhsil İdarəsinin yaradılması mümkündür.

Ölkəmizdə həm yeni universitetlərdər, (İtaliya Azərbaycan, Türkiyə Azərbaycan) açılacaq, həm də bölgələrdə ADA Universitetinin yeni filial-Mərkəzləri (Gəncə şəhərində, Şəki şəhərində) mərkəzi açılacaqdır.

Bu il beynəlxalq fənn olimpiadalarından gözləntilər böyükdür.

2024-cü ilin hər kəs üçün uğurlu olmasını arzu edirəm.

Kamran Əsədov, 

"Paralel.az"

0.013182163238525