Biləsuvarda üzərində külli miqdarda narkotik olan şəxs saxlanılıb

Biləsuvarda üzərində külli miqdarda narkotik olan şəxs saxlanılıb
 

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev külli miqdarda narkotik vasitə ilə saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

0.016485929489136