Qarabağda torpaq icarəyə verilməsi üçün sistem yaradılır

Qarabağda torpaq icarəyə verilməsi üçün sistem yaradılır
 

İşğaldan azad edilmiş ərazilərdə tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi barədə müraciətlərin sadələşdirilməsi və şəffaflaşdırılması məqsədilə torpaqayırma modulunun yaradılması və birpəncərə arxkom.gov.az sisteminə inteqrasiya edilməsi nəzərdə tutulur.

Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi işlərə başlayıb.

Layihə ilə bağlı "Septem" MMC ilə 64,9 min manatlıq müqavilə imzalanıb.

 

 

0.39387011528015