Nöbədənkənar prezident seçkisinin çox vacib bir səbəbi...

Nöbədənkənar prezident seçkisinin çox vacib bir səbəbi...
 

Tapdıq Abbas

Qarabağ müharibə veteranı, Pedaqoji fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi","Azad Jurnalistlər Təşkilatı" İB-in sədri, Qarabağ Komitəsi İH-nin üzvü...

Millət sevgisi başqa, sərvət, zənginlik sevgisi isə tam fərqli anlayışlardır! Bu anlayışları çoxu ayırd etsə də, əməl edə bilməz!

Millət sevgisini qoymuşuq bir kənara, yalnız bundan çox danışırıq, əməli fəaliyyətdə isə daha çox sərvət, zənginlik sevgisinin başına, pərvanə kimi, fırlanırıq! Saxta həyat tərzi yaşamaq indi çoxlarının şakərinə çevrilib!..

İşğal altında olan torpaqlarımız azad olunandan sonra Azərbaycanda iki zümrə formalaşıb. Bunlardan biri hər sahədə həddini aşan məmurlardır! (Ermənistan üzərində qazanılan hərbi qələbədən sonra bunlar bütün qanunları ayaq altına atıb, ayaqlayırlar, gözləri ayaqlarının altında qalan xalqı belə, görmür!)!

Digəri qrup isə hakimiyyətin kölgəsinə girib kef çəkən, dövlət büdcəsini əmən, işi-peşəsi rüşvətxor, korrupsioner məmurlara yaltaqlanmaqla gün keçirən ünsürlərdən ibarətdir...

Hazırda məmurlar Ermənistan üzərində qazanılmış hərbi qələbəni təmin edən kasıb balalarına və onların valideynlərinə zülm edirlər!

Müharibənin bütün ağırlığını üzərinə götürən, iztirablar çəkən şəhid ailələri, qazilər, veteranlar ehtiyac üzündən küçələrə düşüb, haqqını ala bilmədiyi üçün aksiya keçirməyə cəhd edirlər, hər yerdə polis zorakılığı ilə üzləşirlər...

Yüksək vəzifəli məmurlar isə xalqa etdikləri zülmdən və xalqa qarşı işlətdikləri natəmiz əməllərdən Prezidentin xəbər tutmaması üçün Prezidentlə Xalq arasında keçilməz SƏDD yaradıblar!

Bu hərəkətin adını da qoyublar, guya Prezidentin təhlükəsizliyini təmin edirlər! Bu SƏDD bir neçə qatdan ibarətdir və keçilməzdir! Bu SƏDDən heç bir quş nədi, bir şikayət məktub da keçə bilmir!

Şəxsi təcrübədən bilirəm ki, 2020-ci il noyabr ayından sonra PA-ya yazılan məktublara, edilən şikayətlərə birmənalı olaraq cavab verilmir!..

Hətta Prezidentə, Birinci vitse-prezidentə son 3 ildə yazdığım məktublara, etdiyim müraciətlərə məhəl qoyulmayıb!..

Hazırda ölkə Fevralın 7-də növbədənkənar prezident seçkisinə hazırlaşır, mən birmənalı olaraq elan edirəm ki, seçkidə İlham Əliyevə səs verəcəyəm və bütün tərəfdarlarımı Müzəffər Ali Baş Komandana səs vermələrinə çalışacam!..

Ona görə ki, Prezidentlə onun ətrafında formalaşan hakimiyyətin xalqa münasibəti arasında fərq çox böyükdür. Növbədənkənar prezident seçkilərinin keçirilməsinin bir səbəbi də, məhz vəzifəsinin öhdəsindən gələ bilməyən, tutduğu vəzifədə dövlətə və xalqa xidmət etməyi bacarmayan, cənab Prezidentin həyata keçirdiyi siyasəti yarıtmayan rüşvətxor, korrupsioner məmurlardan qurtulmaqdır...

Çox maraqlı haldır, MSK-nın verdiyi məlumata görə, ölkədə prezidenti seçilmək istəyənlərin sayı 15 nəfərə çatıb.

Prezidentliyə namizədliyini irəli sürənlərin bəzilərinin məqsədini anlamaq çətin deyil, amma əksəriyyətinin uduzacağı bəri başdan bəlli olsa da, həvəs göstərənlərin çoxluğu adamda təəccüb doğurur...

2.5986490249634