Teatrda 332 minlik mənimsəmə – Bu şəxs məsuliyyətə cəlb edildi

Teatrda 332 minlik mənimsəmə – Bu şəxs məsuliyyətə cəlb edildi
 

Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.

0.023695945739746