Beyləqan rayon sahibkarları "Açıq mikrofon"da
Sahibkarlarla cari ilin son görüşü Beyləqan rayonunda baş tutub. Tərtər RQİİ-rəis müavini ənənəyə uyğun olaraq "Açıq mikrofon" aksiyasının məqsəd və məramını izah etdikdən sonra söz KOBİA nümayəndəsinə verilib. Sahibkarlığın inkişafında dəstəyin hər zaman göstəriləcəyi bildirildikdən sonra mikrofon sahibkarların ixtiyarına verilib. Kiçik sahibkarlar Natiq Abbasov obyektin qarşısından keçən qaz xəttinin, Vüqar Hənifəyev isə qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Digər müraciətlər arasında Gənclər Mərkəzinin qazlaşdırılması və Olimpiya Mərkəzinin sayğacının yenisi ilə əvəzlənməsi kimi məsələlər də yer alıb. Tərtər RQİİ-nin rəhbər şəxsləri hər bir müraciətin qeydiyyata alınaraq araşdırılacağını bildiriblər.
"Paralel.az"