Ağcabədidə avtomobil iki piyadanı vurub, ölən və xəsarət alan var

Ağcabədidə avtomobil iki piyadanı vurub, ölən və xəsarət alan var
 

Ağcabədi rayonunda avtomobil iki piyadanı vurub, ölən və xəsarət alan var.

Paralel.az "Report"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Turqut Vüqar oğlu Quluzadənin idarə etdiyi "LADA Priora" markalı avtomobil Ağcabədi-Ağdam yolunun 1-ci kilometrində, Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisindən keçən hissəsində piyadalar - 2016-cı il təvəllüdlü Hüseyn Yolçu oğlu Əlizadə və 1986-cı il təvəllüdlü Xədicə Arif qızı Əliyevanı vurub.

Nəticədə X.Əliyeva xəsarət alıb, H. Əlizadə isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

0.079008102416992