Yol qəzasında xəsarət alan 17 nəfərin adları məlum olub - SİYAHI - YENİLƏNİB
Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində "ZİL" markalı mikroavtobusun "KamAZ"la toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
"Report"un Cənub bürosunun məlumatına görə, həmin şəxslər aşağıdakılardır:
1. Abdullayeva Rəfiqə Kərəm qızı - 1958 –ci il
2. Əhədova Səidə Həmid qızı - 1957- ci il
3. Verdiyeva Mötəbər Mirzəhüseyn qızı - 1961- ci il
4. Əliyeva Təranə Vəli qızı - 1965- ci il
5. Hüseynova Gülümnaz Müəllim qızı - 1956-ci il
6. Əhədova Laləzar Xanış qızı - 1966- ci il
7. Məmmədova Aidə Məmməd qızı - 1960- ci il
8. Paşayeva Zeynəb Şahvəli qızı - 1980-ci il
9. Hüseynova Südabə Hidayət qızı - 1971-ci il
10. Xuduyeva Sahilə Eminağa qızı - 1982-ci il
11. Xuduyeva Aynur Akşin qızı - 2006-ci il
12. Həsənzadə Yağmur Yalçın qızı - 2009-ci il
13. Abbasova Fatimə İsmayıl qızı - 1964-ci il
14. Abdullayeva Zəminə Həmid qızı -1974-ci il
15. Quliyeva Validə Sakit qızı - 1965-ci il
16. Xudiyev Səmidağa Polad oğlu - 1965-ci il
17. Xuduzadə Ellada Akşin qızı - 2007-ci il
Qəza nəticəsində onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların durumunu orta ağır kimi qiymətləndirirlər.
10:54
Dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un cənub bürosuna verilən məlumata görə, nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Faktla bağlı araşdırma aparılır.