Rusiyalı məşhur müğənni Moldovaya buraxılmadı

Rusiyalı məşhur müğənni Moldovaya buraxılmadı
 

İrakli kimi tanınan məşhur rusiyalı gürcü əsilli müğənni İrakli Pirtsxalava Moldovaya buraxılmayıb.

Bu barədə Moldovanın sərhəd polisinin mətbuat katibi Raisa Noviçki məlumat verib.

Onun sözlərinə görə, son 24 saat ərzində 39 vətəndaşa giriş şərtlərinə əməl etmədiyi üçün Moldovaya giriş qadağan edilib. Onların arasında rusiyalı müğənni İrakli də olub.

Qeyd edək ki, İrakli dekabrın 24-də Moldova siyasətçisi və iş adamı İlan Şorun təşkilatçılığı ilə Balti şəhərində Yeni il konsertində çıxış etməli idi.

 

0.012535095214844