Təqaüdçü azyaşlını zorladı

Təqaüdçü azyaşlını zorladı
 


Leninqrad vilayətinin Puşkin qəsəbəsindəki yaşayış binalarından birində dəhşətli cinayət baş verib.

Paralel.az Lent.az-a istinadən xəbər verir ki, təqaüdçü sərxoş halda 12 yaşlı uşağı evinə apararaq uşağa təcavüz edib.

Bu hal bir neçə gün davam edib. Bütün bu müddət ərzində zərərçəkən hər şeyi valideynlərindən gizlədib.

Ancaq nəhayət o, dözə bilməyib və başına gələnləri danışıb.

Cinayətkar saxlanılaraq nəzarətə götürülüb. Lakin bir müddət sonra Leninqrad vilayətinin Qatçina şəhər məhkəməsi həbs-qətimkan tədbirini dəyişib.

O, şübhəli şəxsi öz ərizəsi ilə sərbəst buraxıb.

Faktla bağlı istintaq davam edir.

Qeyd edək ki, təqaüdçünün girov götürmə və qətlə görə 7 məhkumluğu var.

0.074244976043701