Ayşən yaşından yuxarı idmançılar üçün nəzərdə tutulan dərəcəni alıb...

Ayşən yaşından yuxarı idmançılar üçün nəzərdə tutulan dərəcəni alıb...
 

Ayşən balamız 6 yaşından tennislə məşğul olur və artıq 12 yaşda xeyli uğurlar qazanıb, yaşından yuxarı idmançılar üçün nəzərdə tutulan dərəcəni alıb. Bu yolda onun əsas və təəssüf ki, hələlik yeganə dəstəkçisi fədakarlıq edən atasıdır. Böyük tennis dünyada ən populyar və həm də idmançı hazırlanması baxımından ən bahalı idman növlərindəndir.

Bu da təsadüfi deyil, elə müntəzəm olaraq keçirilən US Open, Australia Open və digər turnirlərə olan diqqətdən, maraqdan və uduş fondundan bunu görmək olar. Azərbaycan isə bütün bu tennis dünyasından kənarda qalıb. Ona görə yox ki, istedadlı uşaqlarımız, gənclərimiz yoxdur...

Ona görə ki, bir çox sahələr kimi, tennisə və həm də ümumiyyətlə idmana rəhbərlik edənlərin bu sahələrdən xəbəri yoxdur. O da hələ ən yaxşı halda. Məsələn, 19 ildir Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədovdur.

Parlamentdə deputatlara siyasətlə məşğul olmağı qadağan edən eks-spiker Tennis Federasiyasında da idmançılara tennislə məşğul olmağa imkan vermir. Necə deyərlər, kişinin sözü bir olar.

Mövzuya yenidən və daha ətraflı qayıdacağam. Amma Ayşən və onun kimi balalarımızı bir gün başqa ölkələrin bayraqları altında oynayan görsək buna təəccüblənmək lazım deyil. Niyəsini dediyim kimi, mövzunun daha ətraflı davamında göstərməyə çalışacağam.

Ərastun Oruclu

0.10254001617432