Azərbaydanda xeyli məscid tikilib, amma Beyləqan məscidi 32 ildir yarımçıq qalıb

Azərbaydanda xeyli məscid tikilib, amma Beyləqan məscidi 32 ildir yarımçıq qalıb
 

Son 20 ildə Azərbaydanda 435 məscid tikilib.

Paralel.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan müstəlliyini bərpa edən zaman cəmi 17 məscid fəaliyyət göstərirdi: "Dövlətimizin din sahəsində siyasəti tolerantlığa əsaslanıb. Bu gün isə ölkədə 2 253 məscid var. Yüzlərlə məscid Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq vətəndaşların istifadəsinə verilib".

M.Qurbanlı bildirib ki, azad edilən ərazilərdə də bərpa işləri davam edir: "Bir neçə müddət əvvəl Şuşada Yuxarı Gövhər Ağa məscidinə imam təyin edilib.

Digər işğaldan azad edilən ərazilərdə də təmir-bərpa işləri tamamlandıqdan sonra təyinatlar baş tutacaq".

Mübariz Qurbanlı mətbuata açıqlamır ki, nə üçün bünövrəsi hələ 1990-cı ildən qoyulan Beyləqan məscidi bu günə qədər yarımçıq qalıb?

Beyləqanlılar Azərbaycanda məscid tikintisi sahəsində problem olmadığı halda, Beyləqan məscidin yarımçıq saxlanmasının sirrini hələ də bilmirlər.

Bəlkə, bu sirrə Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aydınlıq gətirə?..

0.020025968551636