Zəfərimiz növbədənkənar seçkiləri zəruri edir 

Zəfərimiz növbədənkənar seçkiləri zəruri edir 
 

Respublikamızın suverenliyi tam bərpa olunduqdan sonra bütün əraziləri əhatə edən seçkilərin keçirilməsi dövlətçilik, hüquq baxımından zərurət ibdi.
Düşünürəm ki, Prezident seçkilərindən sonra Milli Məcilisə də seçkilər keçirilməlidir.
Füzulidə, Şuşada, Xocalıda, Xankəndində və s. Kənd və şəhərlərdə seçki qutuları qoyulmalı, icraedici və qanunverici hakimyyətə səs verilməlidir.
Bu zəruridir, milli dövlətçilik, beynəlxalq hüquq baxımdan vacibdir və həm də şanlı tarixdir.
İlham Əliyev yenə zamana uduzmadı, sonranı, daha sonranı düzgün hesabladı.
Və həmişə olduğu kimi nə karyerasını, nə daxili, xarici münasibəti, təzyiqi, filanı deyil, milli dövlətçilik maraqlarını üstün tutdu.
Bəlkə də indiki anda düşünə bilərlər ki, bunu öz hakimiyyət maraqları xeyrinə edir, amma zaman göstərəcək ki, bu düşünülmüş, ağıllı və cəsarətli qərar dövlətçiliyimiz üçün nə qədər əhəmiyyətli imiş.
Sabah kim prezident seçilsə, " mənə Şuşadan, Xankəndindən səs veriblər" deyəcək, hər hansı masada oturanda daha şəstlə SÖZ deyəcək, həç də hüquq və vəzifələrini daha aydın biləcək.
İşğaldan azad etdik, suverenliyimizi bərpa etdik, indi də Konistitutiyamızı, dövlətçiıiyimizi tətbiq edirik.
Dünya çoxdandır ki, süngüdən çox bülleteni qəbul edir.

Sadıq Qarayev

"Paralel.az"

0.033761978149414