Deputatlığa namizədlər öldürüldü

Deputatlığa namizədlər öldürüldü
 

Konqo Demokratik Respublikasının şərq əyalətlərində ölkə parlamentinə deputat seçilməyə namizədlər seçkilərə üç gün qalmış öldürülüb.

Bu xəbəri“Reuters” yayıb.

Konqonun şərqindəki Cənubi Kivu əyalətində hakim koalisiyadan olan deputatlardan biri seçki kampaniyasından qayıdarkən silahlı şəxs tərəfindən öldürülüb.

Ölkənin şərqində də Şimali Kivuda, Benidə hakim koalisiyadan başqa bir namizədin avtomobili pusquya salınıb. Nəticədə deputat seçilməyə namizəd aldığı güllə yaralarından ölüb. Ölən deputatların adları açıqlanmır.

 

0.016782999038696