Aerodroma kütləvi PUA hücumu edildi

Aerodroma kütləvi PUA hücumu edildi
 

Rusiyanın Rostov vilayətindəki Morozovskoe hərbi aerodroma kütləvi PUA hücumu olub.

Xəbəri Rostov vilayətinin quberanatoru Vasili Qolubev yayıb.

Onun sözlərinə görə, PUA-ların əksəriyyəti hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulub:

“Bu gün səhər hava hücumundan müdafiə sistemləri Rostov vilayətinin Morozovskoe və Kamenskaya rayonlarına edilən kütləvi PUA hücumunun qarşısını alıb. PUA-ların əksəriyyəti məhv edilib. İtkilər yoxdur”.

 

0.02867317199707