Liviya sahillərində onlarla miqrant gəmi qəzasında ölüb

Liviya sahillərində onlarla miqrant gəmi qəzasında ölüb
 

Liviya sahillərində gəminin batması nəticəsində azı 61 nəfər ölüb.

Bu barədə Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Liviya bölməsi X sosial şəbəkəsində məlumat yayıb.

Təşkilat qadın və uşaqların qəzadan sağ çıxmadığını bildirib. Hadisənin səbəbləri açıqlanmayıb.

Qayıq 86 sərnişinlə Liviyadan yola düşürü, lakin onların hara getdiyini açıqlamayıblar.

AFP-nin məlumatına görə, batmış qayıqda olan sərnişinlərin əksəriyyəti Nigeriya, Qambiya və digər Afrika ölkələrinin vətəndaşları olub. BMqT rəsmiləri sağ qalanlara tibbi yardım göstərdiklərini qeyd ediblər.

 

0.013656854629517