"Ursula fon der Leyenin açıqlamaları Avropa İttifaqının məhvinə töhfə verir"

 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna ilə bağlı açıqlamaları ilə Avropa İttifaqının məhvinə töhfə verir.

Bu barədə almanəsilli fin iş adamı Kim Dotkom özünün X sosial şəbəkə hesabında məlumat verib.

Sahibkar hesab edir ki, fon der Leyenin Aİ-nin problemlərini həll etmək üçün “alternativ” inkişaf etdirmək niyyəti birliyin məhvinə gətirib çıxarır. O qeyd edib ki, mühüm qərarlar assosiasiyanın bütün 27 ölkəsinin razılığı olmadan qəbul edilir.

Beləliklə, Avstriya kansleri Karl Nehammerin səsvermə zalında olmadığı bir vaxtda Rusiyaya qarşı yeni Avropa sanksiyaları paketi razılaşdırılıb. Jurnalist mənbələrinin məlumatına görə, səsvermə zamanı o, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olmasını müzakirə edib. Nehammer otaqda olmadığı halda digər ölkələrin liderləri 12-ci paketlə bağlı razılığa gəliblər.

“Ölkələr bütün mühüm qərarlarda yekdillik vəd edərək Aİ-yə qoşulmağa razılıq verdilər. Bu vəd indi pozulur”, - Dotkom bildirib.

 

0.013098955154419