“Formula-1” pilotu karyerasını başa vurub

“Formula-1” pilotu karyerasını başa vurub
 

Keçmiş “Formula-1” pilotu niderlandlı Qido van der Qarde karyerasını başa vurduğunu açıqlayıb. Son illərdə van der Qarde Dünya Dözümlülük Çempionatında (WEC) və Amerika IMSA Seriyasında yarışıb.

“Yarış, xüsusən də ABŞ-də çox vaxt aparır. Niderlandda öz biznesim var, ailəm var: həyat yoldaşım və üç övladım. Bəli, bəlkə də, yaş özünü hiss etdirir. Baxdım ki, o qədər də sürətli deyiləm, reaksiyam sönükdür. 2024-cü ildə bütün diqqətimi ailəmə, biznesimə və televiziya işimə yönəltmək istəyirəm”, - deyə van der Qarde bildirib.(oxu.az)

 

0.013692855834961