Putin bu suallara cavab verə bilmədi

Putin bu suallara cavab verə bilmədi
 

Rusiya prezidenti Putin dekabrın 14-də keçirdiyi mətbuat konfransında ona verilən sullara cavab verməkdə çox çətinlik çəkib. Çünki SMS vasitəsi ilə Putinə çox sərt suallar ünvanlanıb. 

TürkRus saytı Putinə verilən çətin sualların bir qismini sistemləşdirə bilib. 

Rusiya liderinə ən çox verilən suallardan birinin onun “əvəzedicisi”nin (yəni “dvoynik”inin olması-red) ilə bağlı olub. O isə cavabında “Bu mənəm və yeganə dublyoram”.

Digər suallar aşağıdakı kimi olub:

- Niyə sizin reallığınız bizim reallığımıza uyğun gəlmir?
- Nə vaxta qədər inflyasiya faizi ilə manipulyasiya etməyə davam edəcəksiniz?
- Salam, 1-ci kanalda danışdıqları Rusiyaya necə köçə bilərəm?
- Sizdən sonra prezident kim olacaq?
- Cənab prezident, real Rusiya nə vaxt televiziyadakı Rusiya kimi olacaq?
- Boris Yeltsinin məzarını heç ziyarət edirsiniz?
- Rusiyada hakimiyyət seçki yolu ilə nə vaxt dəyişəcək?
- Xahiş edirəm, seçkiləri ləğv edin! Biz sizə güvənirik! Gəlin bu pulu xüsusi hərbi əməliyyata xərcləyək!
- Abort qadağan edilə bilməz! "Atalardan" aliment almaq mümkün deyil. Dövlətin iki qəpiyi ilə uşaq böyütmək olmaz.
- Vladimir Vladimiroviç! Mənə deyin, nə vaxt daha yaxşı yaşamağa başlayacağıq?
- Demək olar ki, işıqsız yaşayırıq, müraciətlərimiz heç nəyi dəyişməyib, yeganə ümidimiz sizsiniz.

 

0.011989116668701