Maduro ərazi mübahisəsini həll etmək üçün qayanalı həmkarı ilə görüşəcək

Maduro ərazi mübahisəsini həll etmək üçün qayanalı həmkarı ilə görüşəcək
 

Venesuela Prezidenti Nikolas Maduro uzun müddətdir davam edən ərazi mübahisəsini həll etmək məqsədilə Qayana Prezidenti Məhəmməd İrfaan Əli ilə görüşmək üçün Sent Vinsent və Qrenadinin paytaxtı Kinqstaun şəhərinə səfərə gedib.

Onu beynəlxalq hava limanında adıçəkilən ada dövlətin Baş naziri Ralf Qonsalves qarşılayıb.

“Venesuela xalqının mandatı ilə, dialoq və sülh sözləri ilə xalqımızın, vətənimizin tarixi hüquqlarını müdafiə etmək və 1966-cı ilin Cenevrə sazişində nəzərdə tutulduğu kimi ərazi mübahisəsinin effektiv, qənaətbəxş həllini tapmaq üçün danışıqlara gəlmişəm”, - Maduro aeroportda deyib.

O, Qayana rəsmiləri ilə görüşün təşkil edilməsinə görə Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinə (CELAC) və Karib Hövzəsi İcmasına (CARICOM) minnətdarlığını bildirib. “Biz Latın Amerikası və Karib hövzəsinin sülh zonası olaraq qalması üçün hər cür səy göstərəcəyik”, - Maduro vurğulayıb.

Sammitdə müşahidəçi qismində BMT Baş katibinin nümayəndələri və Braziliya Prezidentinin müşaviri də iştirak edəcək.

 

0.0093791484832764