Finlandiya Rusiya ilə sərhədi yenidən bağlayır

Finlandiya Rusiya ilə sərhədi yenidən bağlayır
 

Finlandiya Rusiya ilə ötən gün açılmış sərhədi yenidən bağlayır.

Bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen parlamentdə bildirib.

“Sərhəıdlər 15 dekabr saat 20.00-dan etibarən bağlanacaq. Biz qeyri-leqal miqrasiyanın davam etdiyini üzə çıxardıq”- deyə nazir bildirib.

Yerli medianın məlumatına görə fəaliyyəti bərpa edilmiş 2 sərhəd buraxılış məntəqəsində 62 miqrtant sığınacaq üçün müraciət edib.

 

0.013388872146606