Fransada müəllimini öldürməyə cəhd edən məktəbli qız saxlanılıb

Fransada müəllimini öldürməyə cəhd edən məktəbli qız saxlanılıb
 

Fransa polisi Renn şəhərində kollecdə müəllimini qətlə yetirmək istəyən şagirdi saxlayıb.

Bu barədə Renn prokuroru Filip Astryuka istinadən məlumat yayılıb.

İlkin məlumata görə, şagird ingilis dili müəllimini öldürmək məqsədi ilə bıçaq götürərək dərsə gəlib:

“Sinifdə dərs zamanı o, bıçaqla zərərçəkmişə hücum edərək qaçıb. Müəssisənin əməkdaşları silahı ondan alıblar. Heç kim xəsarət almayıb”, - deyə Renn prokuroru vurğulayıb.
Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, oktyabr ayında 20 yaşlı Mohammed Moquşkov Fransanın Arras şəhərindəki Qambetta Liseyinin əməkdaşlarına bıçaqla hücum edib. Məlumata görə, 57 yaşlı müəllim Dominik Bernard həlak olub, üç nəfər yaralanıb.

0.094945907592773