MDB Azərbaycana müşahidəçi göndərir

MDB Azərbaycana müşahidəçi göndərir
 

Müstəqil Dövlətlər Birliyi Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin 2024-cü ilin fevralında Belarusda baş tutacaq parlament və yerli seçkilərə müşahidəçilər göndərməyi planlaşdırır.

Bunu MDB Baş katibi Sergey Lebedev deyib.

“Gələn il MDB-nin aparıcı ölkələrində seçkilər ilidir. İlk seçkilər fevralın 9-da Azərbaycanda olacaq və biz artıq dəvət almışıq. Daha sonra Belarusda parlament seçkiləri, mart ayında isə Rusiyada prezident seçkiləri keçiriləcək. MDB İcraiyyə Komitəsi artıq bu seçkiləri müşahidə etməyə hazırlaşır”, - Lebedev bildirib.

Onun sözlərinə görə, müşahidəçi missiyasının göndərilməsi üçün rəsmi Bakıdan yazılı dəvət göndərilib.

 

0.04279613494873