Azərbaycan futbol üzrə dünya çempionatını keçirə bilər

Azərbaycan futbol üzrə dünya çempionatını keçirə bilər
 

Azərbaycan hərbçilər arasında növbəti dünya çempionatına (CISM World Football Cup 2025) ev sahibliyi edə bilər.

Hazırda Beynəlxalq Hərbi İdman Şurası (CISM) 2025-ci ildə keçiriləcək dünya çempionatı üçün Azərbaycanın namizədliyini də nəzərdən keçirir.

Bundan başqa, daha 2 ölkə də bu yarışı keçirməyə namizəddir. Ancaq 2013-cü ildə ilk dünya çempionatının və bu il güləş üzrə XXXVI dünya çempionatının Bakıda uğurlu təşkili Azərbaycanın namizədlər arasında şanslarını çoxaldıb.

Yanvarda CISM İdarə Heyəti bu məsələni müzakirəyə çıxaracaq və bundan sonra Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi və AFFA ilə danışıqlar aparılacaq.

Qeyd edək ki, 2013-cü ildə keçirilmiş hərbçilər arasında futbol üzrə ilk dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçirilib. Komandamız həmin yarışda 4-cü olub. 2017-ci ildə isə 2-ci dünya çempionatı Omanın paytaxtı Maskatda baş tutub. 2021-ci ildə bu yarış Misirin paytaxtı Qahirədə keçirilməli olsa da, pandemiya səbəbindən ləğv olunub.

 

0.013766050338745