Metronun iş rejimi dəyişdirilir

Metronun iş rejimi dəyişdirilir
 

“Bakı Metropoliteni” QSC dekabrın 14-də Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun "Qarabağ" - "Hekken" (İsveç) oyununa görə gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Klubun müraciəti və bu oyuna Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda matçı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni dekabrın 14-dən 15-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq.

 

0.013270854949951