Oğurladığı telefon "iPhone" olmadığı üçün görün nə etdi

Oğurladığı telefon
 

ABŞ-da qeyri-adi oğurluq hadisəsi baş verib.

Paralel.az “ndtv.com”a istinadla xəbər verir ki, paytaxt Vaşinqtonda bir cütlük səhər erkən saatlarda avtomobillərini park edib qayıdarkan silahlı və maskalanmış 2 şəxslə qarılaşıb.

Silahlı şəxslər onların üzərində olan bütün pulları, telefonlarını və cütlüyə məxsus yük maşınının açarlarını qarət edərək ərazidən uzaqlaşıblar. 

Daha sonra oğrulardan biri cütlüyün yanına gəlib və oğurladıqları telefonlardan birini geri qaytarıb.

“Elə bilirdim ki, “iPhone”dur, android istəmirəm”,- deyə oğru söyləyib.

Bu da ABŞ, görün, nələr baş verir?

 

 

 

0.021183967590332