Tələbə yataqxanası yandı: 14 ölü - VİDEO

Tələbə yataqxanası yandı: 14 ölü - VİDEO
 

İraq Kürd Regional Rəhbərliyinin Ərbil şəhərində tələbə yataqxanasında yanğın baş verib.

Paralel.az “Hürriyet”ə istinadla xəbər verir ki, hadisə gecə saatlarında 14 mərtəbəli binada qeydə alınıb.
Yanğın nəticəsində 14 nəfər ölüb, 7 nəfər yaralanıb.

Rəsmilər hadisə anında binada 60 nəfərin olduğunu bildiriblər. 

Məlumata görə, ölənlərdən biri universitet müəllimi olub.

Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib, yanğın nəzarət altına alınıb.

 

0.017005920410156