“Putin Stalini keçəcək, ciddi rəqibi yoxdur” – Alman nəşri

“Putin Stalini keçəcək, ciddi rəqibi yoxdur” – Alman nəşri
 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2024-cü il seçkilərində qalib gəlsə, ölkəyə rəhbərlik etdiyi müddətə görə SSRİ lideri İosif Stalini keçəcək.

Bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazır.

Nəşrin yazdığına görə, Putinin 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində iştirak edəcəyi gözlənilir.

“Rusiyanın hazırkı lideri bu vəzifəyə ilk dəfə 2000-ci ildə gəlib. Bundan sonra Putin 2004, 2012 və 2018-ci illərdə yenidən prezident seçilib. Əgər Putin Kremldə daha 6 illik səlahiyyət müddətini başa vursa, o, 1924-1953-cü illərdə Sovet İttifaqına rəhbərlik etmiş İosif Stalini keçəcək. Və sonra o, 18-ci əsrdə Böyük Yekaterinanın dövründən bəri ölkəni ən uzun müddət idarə edən Rusiya dövlətinin başçısı olacaq”, - nəşr yazır.

Nəşr onu da qeyd edir ki, Putinin 2024-cü il seçkilərində qalib gəlmək şansı kifayət qədər yüksəkdir, çünki onun “ciddi rəqibi yoxdur”.

Mürtəza
Ölkə.Az

 

0.019652128219604