ABŞ-dən İsrailə növbəti hərbi dəstək

ABŞ-dən İsrailə növbəti hərbi dəstək
 

ABŞ-nin hərbi texnika daşıyan 200-cü yük təyyarəsi İsrailə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“İsrail Müdafiə Nazirliyi İsrail Müdafiə Qüvvələri üçün hərbi texnika daşıyan 200-cü yük təyyarəsinin gəldiyini elan edir. Döyüş əməliyyatları başlayandan zirehli maşınlar da daxil olmaqla, 10 min tondan çox hərbi texnika , silahlar, avadanlıqlar, şəxsi mühafizə, dərmanlar, döyüş sursatları və bir çox başqa şeylər İsrailə çatdırılıb”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

 

0.018115997314453