Kim Çen göz yaşları içində qadınlara yalvardı - VİDEO

Kim Çen göz yaşları içində qadınlara yalvardı - VİDEO
 

Şimali Koreya lideri Kim Çen In paytaxt Pxenyanda keçirilən Milli Analar Yığıncağında ağlayaraq qadınlara müraciət edib.

 O, çıxışında ölkədəki aşağı doğum nisbətinə diqqət çəkib.

Kim Çen In ölkədəki doğum nisbətinin aşağı olduğunu bildirib:

“Doğum nisbətinin azalmasının qarşısını almaq, uşaqlarımıza yaxşı qayğı və təhsil vermək analarımızla birlikdə həll etməli olduğumuz ailə məsələmizdir. Ölkəni gücləndirmək üçün qadınları daha çox uşaq dünyaya gətirməyə çağıraram”.

Məlumdur ki, beynəlxalq sanksiyalar və iqtisadi böhran səbəbindən ərzaq və dərman təminatında çətinliklər yaşanan Şimali Koreyada doğum səviyyəsi azalıb.

Sosialist diktaturası ilə idarə olunan ölkənin qapalı təbiəti səbəbindən demoqrafik məlumatlarla bağlı dəqiq məlumat yoxdur.

Günay

 

0.016875028610229