Makqreqor prezidentliyə namizəd olacaq

Makqreqor prezidentliyə namizəd olacaq
 

Keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib.

35 yaşlı idmançı bu barədə özü məlumat verib. Konor X hesabında fotosunu paylaşaraq “İrlandiya, sizin prezidentiniz” başlığını yazıb.

Qeyd edək ki, Konor Makqreqor iki dəfə UFC çempionluq kəmərinə sahib olub. Onun son döyüşü 2021-ci ilin iyulunda baş tutub.

0.01901912689209