19 il sonra TikTok-da əkiz bacısını tapdı

19 il sonra TikTok-da əkiz bacısını tapdı
 

Gürcüstanda gündəmi zəbt edən hadisə baş verib.

Axşam.az-ın məlumatına görə, doğuş zamanı valideynləri tərəfindən ayrılan əkizlər 19 il sonra TikTok sayəsində təsadüfən yenidən qovuşublar. Belə ki, rəfiqəsi Ano Sartaniyaya sözügedən platformada ona oxşayan mavi saçlı qızın videosunu ataraq niyə saçını mavi rəngə boyadığını soruşub. Ano həmin qızın özü olmadığını deyib və həmin şəxsin kim olduğunu öyrənmək üçün Tako Hvitiya ilə əlaqə saxlayıb.

Məlum olub ki, onlar əkiz bacıdırlar. DNT testi ilə onların bacı olduğunu təsdiqləyib. Doğuş zamanı yaranan fəsadlar səbəbindən qızların anası Aza Şoni komaya düşüb və dünyasını dəyişib. Ataları isə əkizlərin ondan olmadığını əsas götürərək Ano və Takonu Gürcüstanın müxtəlif yerlərində yaşayan ailələrə qanunsuz şəkildə satıb.

Bacılar onları ayıran atanı axtarmaqdan və onunla görüşməkdən imtina ediblər.

 

0.014460802078247