Ermənistanda qızılcaya yoluxanların sayı açıqlandı

Ermənistanda qızılcaya yoluxanların sayı açıqlandı
 

Ermənistanda qızılcaya yoluxma hallarının laboratoriya tərəfindən təsdiqlənmiş sayı 513-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

"Bu həftə 4 nəfər xəstəxanaya yerləşdirilib. 336 xəstə artıq evə buraxılıb", - məlumatda deyilir.

Qeyd edilib ki, xəstəliyə yoluxanlardan 365-i uşaqdır.

 

0.015281915664673