Malkolm Offord Azərbaycana səfər edəcək

Malkolm Offord Azərbaycana səfər edəcək
 

Böyük Britaniya parlamentinin biznes və ticarət departamentində dövlət katibinin müavini Malkolm Offord Azərbaycana səfər edəcək.

Diplomatik mənbədən “Trend”ə verilən məlumata görə, Malkolm Offordun Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclasında iştirakı planlaşdırılır.

Qeyd edək ki, son otuz ildə Böyük Britaniya Azərbaycanda ən böyük fərdi investora çevrilib. 1995-2022-ci illər arasında Böyük Britaniyanın Azərbaycana sərmayəsi 84 milyard ABŞ dollarını keçərək, birbaşa xarici investisiyaların ümumi həcmini 280 milyard ABŞ dollarına çatdırıb. 2022-ci ildə iki ölkə arasında illik ticarət dövriyyəsi 1,2 milyard funt sterlinq olub.

0.077821016311646